Özbəkistan prezidenti Şavkat Mirziyoyev prezident administrasiyasının rəhbəri vəzifəsini bərpa edib və bu vəzifəyə böyük qızı Saidanı təyin edib. Bu barədə prezidentin mətbuat katibi Şerzod Asadov "Telegram" hesabında məlumat verib.
Prezident Administrasiyasının rəhbəri vəzifəsi 2023-cü ilin avqustunda prezident Mirziyoyevin fərmanı ilə ləğv edilmişdi. Həmin vaxt bu vəzifəni Sardor Umurzakov icra edirdi. Sonradan o, prezidentin xüsusi tapşırıqlar üzrə müşaviri təyin olunmuşdu.
S.Mirziyoyeva 2023-cü ilin avqustundan prezidentin köməkçisi vəzifəsini tuturdu. Bundan əvvəl isə o, Prezident Administrasiyasının icra aparatının kommunikasiya və informasiya siyasəti sektoru müdiri kimi çalışıb.